Sosial

Ağciyər xəstələri də əlillik dərəcələri ala bilərlər

Bir ağciyərin olmaması müddətsiz olaraq orqanizmin funksiyalarının 50 faiz pozulması kimi qiymətləndiriləcək.

Jamaz.info-nun xəbərinə görə, bu, Nazirlər Kabinetinin qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilən yeni yarımbəndlərdə əksini tapıb.

Tənəffüs orqanlarının funksiyasının əhəmiyyətli dərəcə pozuntusu (ağciyər sarkoidozu (və ya) limfa düyünləri sarkoidozu ilə III dərəcə ağciyər sarkoidozu, fəal mərhələ, II dərəcə tənəffüs çatışmazlığı ilə) 5 il müddətində orqanizmin funksiyalarının 65-80 faiz pozulması, IIB-III dərəcə xroniki tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin gecikmiş fəsadları (bronxoektaziya, fibroz, fibrozlu-ocaqlı, bulloz distrofik, kalsinatlar, plevropnevmoskleroz, sirroz, cərrahi müdaxilə nəticələri) 2 il müddətində orqanizmin funksiyalarının 65-80 faiz pozulması sayılacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button