Sosial

Adı korrupsiya və dələduzluqda hallanan şəxs idarə rəisi təyin edildi

Xəbər verildiyi kimi, ötən həftə Sumqayıt Bulvar İdarəsinin rəisi Yavər Vəliyev işdən azad olunub. JAMAZ.İNFO xəbər verir ki, Vəliyevin işçdən çıxarılmasında əsas səbəb kimi onun Bulvar İdarəsinin ərazisində tərəvəz bostanı salması göstərilir.

Lakin araşdırmalarımız zamanı məlum olub ki, keçmiş rəis bunu heç də özbaşına etməyib və həmin parnikləri məhz Sumqayıtın icra başçısı Zakir Fərəcovun dəstəyi və tapşırığı əsasında reallaşıdırıb. Onun işdən çıxarılması isə Fərəcovun Vəliyevə olan 1.8 milyon manat borca görə baş verib. Belə ki, idarə rəisi pulunu almaqda icra başçısından israrla tələb edib. Nəticədə, tərəflər arasında narazılıq yaranıb və “qəfil” çəkiliş qrupu Bulvar İdarəsinin ərazisində peyda olub.

Dünən isə Sumqayıt şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Sumqayıt Bulvar İdarəsinə yeni rəis təyinatı olub. JAMAZ.İNFO xəbər verir ki, yeni rəis Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun həmyerlisi və yaxın adamı Seymur Məmmədovdur.

Yerli mediada gedən məlumatlardan belə aydın olur ki, Seymur Məmmədovun adı bir çox qalmaqallı məssələlərdə hallanıb. Belə ki, onun vaxtı ilə Abşeron rayon Memarlıq-tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılması ilə bağlı mətbuatda xəbər yayılmışdı. Ancaq həmin vaxt Seymur Məmmədov icra başçısı Zakir Fərəcov tərəfindən həbsdən xilas edilmişdi.

Qeyd edək ki, ölkə mətbuatında yayılan digər xəbərdə bildirilirdi ki, tikinti şöbəsinin keçmiş rəisi Seymur Məmmədov dələduzluğa görə məhkəməyə verilib. Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi keçirilən presesdə Seymur Məmmədov və ortağı Çingiz Təhməzov Cinayət Məcəlləsinin 178.3.2 maddələri ilə təqsirləndirilir. Zərərçəkmiş şəxslər isə Abşeron rayonu Saray Bələdiyyəsi və vətəndaşlar Elşən Rəhmanlı ilə Elmir Şəmiyevdir.

Məlumatlara görə, Seymur Məmmədov həmyerlisi Zakir Fərəcovun köməkliyi ilə Bakı Apellyasiya Məhkəməsindəki məhkəmə prosesini “yoluna qoyub”.

P.S. Görəsən, Zakir Fərəcov Seymur Məmmədova da Sumqayıt Bulvarında pomidor-xiyar əkməsinə icazə verəcək? Yoxsa, ortada daha başqa iri işlər var?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button