Sosial

AAYDA Zərdanaşenə asfalt yol çəkir: Kənddə mis mədəni yerləşir

Azərbaycan Xocavənd rayonunun Tağavard kəndindən keçən və Zərdanaşen kəndinə gedən yolu asfaltlamağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, baş verənləri izləyən ermənilər bundan narahat olduqlarını bildiriblər.

Tağavard kəndində yaşayan Rudik Badasyan deyib ki, Azərbaycan şirkəti martın ikinci yarsından etibarən yol çəklişini sürətləndirib. O bildirib ki, yeni çəkilən yol Tağavardın içindən keçir. “Ötən ilin dekabrından mart ayına kimi heç nə etmədilər. Mart ayında tikintiyə böyük sürətlə başladılar. Onlar Rusiya sülhməramlılarının bazasının yaxınlığında, bəlkə də 150-200 metr aralıda işləyirlər. Bildiyimiz odur ki, Azərbaycan Zərdanaşen kəndindəki mis mədənlərinə yol çəkir”.

Bildirək ki, Zərdanaşen Xocavənd rayonunun Tağaverd kənd inzibati ərazi dairəsində kənddir.  2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. Zərdanaşen kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button