Sosial

1700 bağça yoxlanıldı, ciddi problemlər aşkarlandı

Elm və Təhsil Nazirliyinin tabeliyindəki 1700-ə yaxın bağçada monitorinq aparılıb.

Jamaz.info xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məlumat verib.

O, bağçalarda infrastrukturla bağlı ciddi problemlər aşkarlandığını, bəzi bağçaların təmirə ehtiyacı olduğunu bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, qeydiyyatdan keçib bağçaya gəlməyən uşaqlarla bağlı yeni qaydalar hazırlanır. Belə ki, qeydiyyatdan keçən, ancaq bağçaya gəlməyən uşaqlar bağçadan çıxarılacaq.

Elnur Əliyev, həmçinin Bakı, Sumqayıt və Abşeronda əhali sıxlığına görə kifayət qədər bağça olmadığını vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button