Siyasət

XİN-dən Qarabağda öldürülən erməni barədə açıqlama

“Ermənistan müdafiə nazirinin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etməsi qarşı tərəfin növbəti təxribat əməlidir”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib.

“Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi bilərəkdən vəziyyəti gərginləşdirmək məqsədi güdür. Bu addımların 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın birinci ildönümü ərəfəsində atılması isə Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq məqsədinə xidmət edir və ümumiyyətlə bu, üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır”, – deyə L.Abdullayevanın açıqlamasında bildirilir.

Mətbuat xidməti idarəsinin rəhbəri, həmçinin noyabrın 8-də Şuşa yaxınlığında baş verən insidenti də şərh edib.

“Ermənistan tərəfinin verdiyi açıqlamalarda qeyd olunur ki, bu şəxslər guya noyabrın 8-də Xankəndi-Şuşa yolu yaxınlığında su xəttinin təmiri məqsədilə fəaliyyət göstəriblər. Qeyd etmək istərdik ki, adətən bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə həyata keçirilir. Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə ki, ciddi suallar doğurur”, – deyə L.Abdullayeva qeyd edib.

Onun sözlərinə görə, həmçinin sözügedən tarixdə Azərbaycan Respublikası Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə Şuşada tədbir həyata keçirilirdi və məlumdur ki, belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür. Bunu bilərəkdən, əraziyə yaxın məntəqədə hər hansı su xəttinin təmirinin həyata keçirilməsi hər hansı məntiqə sığmır.

L.Abdullayeva hesab edir ki, sözügedən insident də Ermənistan tərəfinin növbəti təxribatının nəticəsidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button