Siyasət

Xankəndi Bakıya tabe olur, azərbaycanlılar Zəngəzura qayıdır – Lavrovun sözləri İrəvanı qarışdırdı

Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvada üçtərəfli görüşün yekunlarına dair bəyanatı Ermənistanda təşvişlə qarşılanıb.

Jamaz.info Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası Lavrovun bəyanatında iki əsas məqamı müzakirə edir.

Birincisi, Qarabağdakı ermənilərin etnik azlıq kimi Azərbaycan qanunvericiliyi çərçivəsində yaşamasıdır;
İkincisi, azərbaycanlıların öz yurdlarına – Zəngəzura qayıdışı ilə bağlıdır.

“Hraparak” nəşri yazır ki, Lavrovun “Emənistan tərəfi Qarabağdakı ermənilərin Azərbaycanla tez bir zamada görüşməyə, müvafiq qanunvericilikdən və beynəlxalq öhdəliklərdən irəli gələn hüquqlar barədə anlaşmağa razı salmağın zəruriliyini başa düşür” sözləri Qarabağdakı ermənilərin Azərbaycan ərazisində yaşayan milli azlıq kimi qəbul edilməsi deməkdir.

“Lavrov bəyan etdi ki, “Azərbaycan öz ərazisində yaşayan insanlara qarşılıqlı əsasda eyni zəmanətləri verməyə hazırdır, Ermənistan da eyni şeyi etməyə hazırdır. Bu, SSRİ vaxtı Ermənistanda yaşayan azərbaycanlıların geri qayıtması kimi başa düşülməlidir”, – nəşr yazır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button