Siyasət

Vardanyan Qarabağdan uzaqlaşdırılır? – Paşinyan söz verdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə separatçıların “dövlət naziri” Ruben Vardanyanın “yoldan çəkiləcəyinə” söz verib.

Jamaz.info xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

İddiaya görə, Mirzoyan baş nazir Nikol Paşinyanın adından Kremlin himayə etdiyi erməni milyarder Vardanyanın Qarabağdan uzaqlaşdırılacağını bildirib.

Məlumatda qeyd olunub ki, buna səbəb Vardanyanın Azərbaycan-Türkiyə-Ermənistan “sülh müqaviləsi”nin imzalanmasına mane olmasıdır.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl Türkiyəyə səfər edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button