Siyasət

Vahid Əhmədov Palatanın hesabatını tənqid etdi

“Bu hesabat kifayət qədər qəlizdir və mürəkkəb hazırlanıb”.

Jamaz.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

“Bizim komitənin üzvləri başa düşsə də, hesabat digər deputatlar üçün olduqca çətindir. Hesabatda nöqsanlar göstərilsə də, onların nəticələri aydın qeyd olunmayıb. Eyni zamanda göstərilən nöqsanlar elədir ki, hər hesabatda yenidən təkrar edilir. Nöqsanları göstərərkən sonrakı fəaliyyət barədə məlumat verilməlidir. Bunların təkrar olması Hesablama Palatasının fəaliyyətinə kölgə salır. Ona görə də, bu sahədə nəzarat gücləndirilməlidir”, – deputat çıxışında vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir. Komitənin iclasının gündəliyinə “Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında” hesabatı daxil edilib. Parlamentə sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button