Siyasət

“Türkiyəni avtokrtaik ölkələrlə bir sıraya qoymaq yanlışdır”

“Türkiyənin demokratiya zirvəsinə dəvət edilməməsi haqsızlıqdır”.
JAMAZ.info xəbər verir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli bildirib. O qeyd edib ki, Türkiyədə son illər hüquq dövləti, insan haqları, demokratik inkişaf sahəsində ciddi reqres baş versə də, demokratik seçki institutu hələ işləyir, bunu 2019-cu ildə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər də göstərdi:
“Türkiyənin demokratik institutları (siyasi partiyalar, QHT-lər və s.) toplantıya dəvət alan bir çox dövlətin, o cümlədən Ermənistan, Gürcüstan, Pakistan kimi ölkələrin müvafiq institutlarından daha güclüdür. Türkiyə demokratik dövlətlərin ittifaqı olan NATO-nun üzvü, Avropa Birliyinə namizəd ölkə olaraq qalır, onu Rusiya və digər avtokratik ölkələrlə, diktaturalarla bir sıraya qoymaq yanlışdır”.
Şahin Cəfərlinin ehtimalına görə, bu məsələdə Türkiyə Prezidentinin şəxsinə münasibət, onun avtoritar lider kimi qəbul olunması rol oynayıb.
“Ümumiyyətlə, bu tip siyahıların hazırlanmasında subyektivizm amili və müəyyən maraqlar hər zaman rol oynayır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button