Siyasət

Türkiyə və ABŞ Cənubi Qafqazı müzakirə etdi

ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Ceyk Sallivanla Türkiyə prezidentinin baş məsləhətçisi İbrahim Kalın arasında telefon danışığı olub. JAMAZ.İNFO xəbər verir ki, tərəflər arasında bir sıra məsələlər müzakirə edilib, o cümlədən Cənubi Qafqaz məsələsi.

Məlumatda deyilir ki, Sallivan və Kalın Əfqanıstan, Yaxın Şərq, Şərqi Aralıq dənizi hövzəsi və Cənubi Qafqaz məsələlərinə toxunublar.  Müzakirələrdə bölgədə davamlı sülhün əldə olunması yolları barədə danışılıb. Həmçinin iki ölkə arasında müdafiə sahəsində də geniş müzakirələr aparılıb.

Qeyd edilir ki, tərəflər əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında mövcud olan fikir ayrılığının aradan qaldırılması istiqamətində zəruri addımların atılmasını vacib hesab ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button