Siyasət
Tokayev Bakıya yeni səfir göndərir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana yeni səfir təyin edib.
Jamaz.info xəbər verir ki, Tokayev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Alim Bayel Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb.
Yeni səfir bundan əvvəl Qazaxıstanın Türkiyənin İstanbul şəhərindəki baş konsulu vəzifəsində çalışıb.