Siyasət

Tevanyan: “Vaşinqtonda Qarabağ yox, Ermənistanın məsələsi müzakirə olunub”

“Vaşinqtonda Ermənistan məsələsi müzakirə olunub. Çünki Paşinyan və Əliyev Qarabağ dəfətərini bağlayıblar”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri erməni deputat, “Haystan” blokunun üzvü Andranik Tevanyan deyib.

Onun fikrincə, hazırda baş verənlər Boltonun planını xatırladır. Tevanyanın sözlərinə görə, Paşinyanın hökmü Ermənistan Respublikası adından çıxarılacaq. “Ermənistanın mövcud olması üçün o, hakimiyyətdə olmamalıdır”.

Erməni deputat hazırda gedən danışıqlarda Paşinyanın əsas məqsədinin şəxsi təhlükəsizliyi olduğunu vurğulayıb. “Paşinyan bütün danışıqlarda şəxsi təhlükəsizliyini nəzərdə tutur”.

Tevanyan həmçinin 10 noyabr razılaşmasının da artıq mövcud olmadığını deyib. O bildirib ki, razılaşma bəyanatını Azərbaycan və Ermənistan birgə ləğv ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button