Siyasət

Terrorun arxasında İran hakimiyyəti dayanır – Dini komitə sədri

“Azərbaycanın İrandakı səfirliyinə edilən hücum terror aktıdır. Bunun arxasında İran hakimiyyəti dayanır və məsuliyyət daşıyır”.

Jamaz.info xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

“Əminəm ki, Azərbaycanın tələbləri və İran hakimiyyətinin törətdiyi bu cinayətlərlə bağlı faktların ortada olması həmin cinayəti sifariş verənlərin və cinayətkarın, terror aktını törədənlərin cəzalandırılmasına gətirib çıxarmalıdır. Terror aktını dini cameə də qətiyyətlə pisləyir. Dövlət Komitəsi olaraq bunu lənətləyirik”, – komitə sədri bildirib.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button