Siyasət

Sirli Putin-Paşinyan görüşü: Niyə açıqlama verilmədi?

Xəbər verdiyimiz kimi, dünən Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş oldu.
Bundan öncə isə elə orada Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında görüş baş tutmuşdu. Belə bir görüşün keçirildiyini təsdiqləyən Rusiya prezidenti dünən Paşinyanla bütövlükdə Cənubi Qafqazda vəziyyəti, Ermənistan-Azərbaycan münasibətlərini, Qarabağla bağlı məsələnin nizamlanmasını detallı müzakirə edəcəklərini bildirdi. Lakin nədənsə görüşdən sonra danışıqların nəticəsi barədə heç bir açıqlama verilmədi.
Jamaz.info xəbər verir ki, politoloq Qabil Hüseynli də Bakupost.az -a açıqlamasında Putin-Paşinyan görüşünün yekunu ilə bağlı rəsmi məlumat yayılmadığına diqqət çəkdi.
“Bəziləri Sankt-Peterburqda üçtərəfli formatda qeyri-formal görüşün keçirildiyini deyir. Hətta ayaqüstü görüş keçirildiyini iddia edənlər də var. Bu səbəbdən də mənPutin-Paşinyan görüşündə hər hansı prinsipial qərarların qəbul edildiyinə inanmıraç. Üstəlik bu görüşlə bağlı açıqlamaların verilməməsi də onu göstərir ki, ciddi müzakirələr aparılmayıb. Ona görə də hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı müzakirələr yəqin ki, yenə də bir müddət təxirə düşəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button