Siyasət

Sergey Lavrov: “Kommunikasiyaların güc yoluyla açılması nəzərdə tutulmur”

Sergey Lavrovun açıqlamasına görə, Ermənistan üzərindən keçən kommunikasiyaların zor və ya güc yoluyla açılması nəzərdə tutulmur.  “Sputnik Ermənistan”ın mayın 6-da verdiyi məlumata görə, Rusiyanın XİN rəhbəri Sergey Lavrov Yerevandakı mətbuat konfransında Azərbaycan prezidentinin “Zəngəzur dəhlizi” ilə bağlı bəyanatını şərh edib.

Apreldə dövlət televiziyasına açıqlama verən İlham Əliyev bildirmişdi ki, Bakı “Zəhgəzur dəhlizinin açılmasını təmin edəcək, Ermənistan istəsə də, istəməsə də”.

Yerevanda bu məsələnin müzakirə olunub-olunmadığı ilə bağlı sualı cavablandırarkən rusiyalı nazir deyib ki, erməni həmkarıyla münasiqişədən sonrakı periodda bütün nizamlama problemlərini –  iqtisadi, humanitar və digər çoxsaylı problemləri müzakirə edib. Onun sözlərinə görə, liderlərin imzaladığı üçtərəfli bəyanatın əsasında kommunikasiyaların açılması mexanizmi istisnasız olaraq könüllü mahiyyət daşıyır.

“İqtisadi əlaqələrin tam açılmasını nəzərdə tutan bu mexanizm heç bir halda diplomatik razılıq və həlldən savayı bir şeyi nəzərdə tutmur”, – nazir deyib.

Onun sözlərinə görə, üç liderin imzaladığı sazişi pozan istənilən məsələ əlbəttə ki, əldə olunan razılığa alternativ sayıla bilməz.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button