Siyasət

Separatçı rejimə iki saat vaxt verdilər – Xankəndidə nə baş verir?

Bütün diqqətin Türkiyədəki seçkilərdə olduğu vaxt Xankəndidə maraqlı hadisələr baş verib.

Jamaz.info xəbər verir ki, separatçı rejimin keçmiş qondarma “müdafə naziri” Samvel Babayan Xankəndidə mitinq keçirib.

S.Babayen bir neçə ay öncə Xankəndiyə gəlib və məlumatlara görə, separatçı rejimi ələ keçirmək, yaxud ən azı qondarma “dövlət naziri” olmaq niyyətindədir. Onun keçirdiyi mitinqin də hədəfi budur.

Babayan bildirib ki, Brüsseldə Ermənistan Qarabağı Azərbaycan ərazisi olaraq növbəti dəfə tanıdı: “Bu, onun mövqeyidir, biz öz yolumuzla getməliyik”.

O, beş bənddən ibarət plan hazırladıqlarını açıqlayıb: “Müdafiəni təşkil etməli, peşəkar ordu yaratmalıyıq. Demoqrafiya və pensiyaçıların problemlərini həll etməliyik”.

Babayan separatçı rejimin “rəhbərliyinə” bu planı müzakirə etmək üçün iki saat vaxt verib.

“Bu planı təsdiq etməlidirlər və onun həyata keçirilməsinə şərait yaradılmalıdır. Gəlin birlikdə müzakirə edək. Lakin Ruben Vardanyan, Bako Saakyan bu prosesdə olmamalıdır. Çünki hazırki vəziyyəti onlar yaradıblar. Əgər iki saat ərzində cavab verməsələr, atacağımız addımları müzakirə edəcəyik”, – Babayan bildirib.

Məlumatlara görə, hazırda Xankəndində ciddi qarşıdurma yaşanır.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button