Siyasət

Saakaşvili hər an ölə bilər – Bu, bəşəriyyətə qarşı cinayətdir – Açıqlama

Mixail Saakaşvilinin başına bir iş gəlsə, bu, Gürcüstanda çox böyük təlatümlərə səbəb olacaq.

Jamaz.info xəbər verir ki, bunu Bakupost.az -a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Saakaşvilinin dəhşətli vəziyyətini əks etdirən görüntülərdən danışarkən deyib.
Onun sözlərinə görə, hazırda Gürcüstanda ciddi polis sistemi var, müxalif partiyalar isə zəifdir. Ona görə də xalqın köməyi ilə onu azad etmək demək olar ki, imkansızdır.
Politoloq qeyd edib ki, Saakaşvilinin həm bədəni zəhərlənir, həm lazımi tibbi yardım göstərilmir: “Üstəlik onun müalicəsi Gürcüstanda mümkün deyil. Mütləq tam ağırlaşmadan Avropa ölkələrində özəl xəstəxanalara göndərilməlidir”.
Dünya ölkələrinin çağırışlarına baxmayaraq, həbsdən azad olunmamasının səbəbini Rusiyada axtaran Qabil Hüseynli bunu bəşəriyyətə qarşı böyük cinayət olduğunu deyib:
“Saakaşvilinin vəziyyəti doğrudan da ağırdır. O, hər ana ölə bilər. Fikrimcə, sərvətini Rusiyada toplamış, Rusiya siyasi dairələri ilə ciddi əlaqəsi olan İvanişvili Rusiyanın sifarişi ilə onun həbsdən azad edilməsinə mane olur. Saakaşvili hətta vəsiyyət də edib və dəfn yeri kimi Ukraynanın seçilməsini göstərib. Bu, həqiqətən də ürəkağrıdıcı bir hadisədir. Müasir dünyanın tanınmış siyasilərindən biri olan, öz ölkəsində xeyli işlər görmüş bir adamın əsassız iddialarla həbsdə saxlanılması, onun ölümə məhkum edilməsi sözün əsl mənasında bəşəriyyətə qarşı böyük cinayətlərdən biridir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button