Siyasət

“Rusiya sülhməramlıları Qarabağda qalmalıdır”

Erməni deputat Qarabağa qanunsuz səfər edib.

JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasının sədri Taquhi Tovmasyan deyib. Tovmasyan İrəvana qayıtdıqdan sonra Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüb.

Açıqlamasında bildirib ki, Qarabağ sakinləri Rusiya sülhməramlılarının Qarabağda qalmasını tələb edir.

“Strateji müttəfiqimiz olan dövlətin səfiri ilə biz iki Ermənistan “respublikası”nın – Ermənistan və Qarabağın başına gələn təhlükələri müzakirə etdik. Təəssüf ki, narahatedici hadisələr durmadan artır. Mən bir neçə gün əvvəl Qarabağdan qayıtmışam. Onların bir şərti və tələbi var: Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində yerləşdirilməlidir. Onların qalma müddətinin uzadılması Qarabağ ermənilərinin yaşamaq hüququnun həyata keçirilməsi baxımından son dərəcə zəruridir”, – deyə Tovmasyan öz feysbuk səhifəsində yazıb.

Onlar həmçinin Ermənistanın sərhədlərindəki vəziyyəti müzakirə ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button