Siyasət

Ruben Rubinyandan ziddiyyətli açıqlamalar

“Azərbaycan Ermənistan ərazisinə istədiyi vaxt girə bilməz”. JAMAZ.İNFO xəbər verir ki, bunu Vətəndaş Müqaviləsi partiyasından parlamentin vitse-spikerliyinə namizəd Ruben Rubinyan çıxışında deyib.

Onun sözlərinə görə, bu, ötən həftə Ermənistanın Geqarkunik bölgəsində baş verən hadisələrlə də təsdiq edilib. “Ordumuz orada düşmənin hücumlarını parlaq şəkildə dəf etdi”.

Azərbaycan Ordusunun Qara Göl və digər ərazilərdə yerləşməsinə gəldikdə isə Rubinyan təzadlı danışıb. Daha doğrusu, dolayısı ilə etiraf edib ki, Azərbaycan Ordusunun yerləşdiyi ərazilər Azərbaycana məxsusdur. “Azərbaycan hərbi hissələri qanunsuz olaraq bu ərazilərdədir və onları tərk etməlidir”.

Rubinyan bununla da kifayətlənməyib, ənənəvi erməni yanaşması olaraq Azərbaycanı ittiham etməkdən də qalmayıb. “Azərbaycan bu addımları ilə regional sabitliyi pozmağa çalışır və ötən il 10 noyabrda üçtərəfli bəyanatla bağlı öhdəliklərin bir hissəsini yerinə yetirmir. Burada bölgədəki bütün nəqliyyat kommunikasiyalarını blokadadan çıxarmaq üçün imkan var. Ancaq biz hələ də problemi siyasi və diplomatik yollarla həll etməyə çalışırıq”.

Qeyd edək ki, Ruben Rubinyan bu çıxışı ilə elə yerli erməni mediasını da heyrətə gətirib. Belə ki, onun “Azərbaycan Ordusu istədiyi vaxt Ermənistan ərazisinə girə bilməz” sözləri ilə “Azərbaycan hərbçiləri Qara gölə qeyri-qanuni yerləşiblər” ifadəsi arasında ziddiyyətin olduğunu vurğulayırlar.

Həqiqətən də hər iki ifadə arasında ziddiyyət var. Birinci sözdə Ermənistan ərazisinə girməkdən bəhs olunduğu halda, ikinci cümlədə “qeyri-qanuni yerləşmə” sözləri təzad təşkil edir və o torpaqların Azərbaycana məxsus olduğu ifadə olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button