Siyasət

Qriqoryan Latviyada Laçın dəhlizindən danışdı

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Latviyaya işgüzar səfərə gedib.

Jamaz.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, Latviya Prezident Aparatının rəhbəri Andris Teykmanis, prezidentin milli təhlükəsizlik müşaviri Yanis Kajoçniş, xarici işlər nazirinin müavini İnqrida Levren və baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Maaris Çepuritis ilə görüşüb.

Bildirilib ki, Qriqoryan həmsöhbətləri ilə Laçın dəhlizindəki situasiyadan, Qarabağ məsələsindən, Ermənistandakı təhlükəsizlik çağırışlarından danışıb, eskalasiya ehtimalı ilə bağlı narahat olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Latviya rəsmiləri təhlükəsizlik və Aİ missiyasının gücləndirilməsi məsələlərində Ermənistanı dəstəkləməyə hazır olduqlarını bildiriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button