Siyasət

“QHT-lər haqqında” qanuna dəyişikliklər ediləcək

Yaxın vaxtlarda “QHT-lər haqqında” qanunda dəyişikliklər ediləcək. Bu barədə JAMAZ.İNFO-ya etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, Prezident Admnistrasiyası yeni qanun layihəsini tamamlayaraq, yaxın günlərdə Milli Məclisə təqdim edəcək. Qanunda hansı dəyişikliklərin olacağı barədə məlumatlı olan mənbə qeyd edib ki, dəyişiklilər əsasən QHT-lərin fəaliyyətini asanlaşdırmaya və onların xarici donorlarla işlərini daha açıq şəkildə qurmağa imkan verəcək.

Belə ki, yeni qanuna əsasən hər bir QHT xarici donor təşkilatlardan qrant ala biləcək. Aldığı qrantın vəsaitlərini isə özünün bank hesabına köçürməkdə çətinlik çəkməyəcək. Bundan başqa, indiyə qədər QHT-lərdən aldıqları qrantlara görə, tələb olunan 27 faizlik vergi ödənişində də dəyişiklik olacaq. Həmin rəqəmin xeyli aşağı salınacağı nəzərdə tutulur.

Qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılaraq, qəbul ediləcəyi gözlənilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button