Siyasət

Qazaxıstan və Azərbaycan Ali Dövlətlərarası Şura yaradır

“Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir çox aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelərdən çıxış edirlər”.

Jamaz.info Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev deyib.

“Bu mənada qeyd etmək istəyirəm ki, Qazaxıstan ənənəvi olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin diplomatik yolla tənzimlənməsinin tərəfdarıdır, həmçinin sülh müqaviləsinin mümkün qədər tez bağlanması səylərini alqışlayır”, – o bildirib.

“Bütövlükdə, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün qarşılıqlı dəstəyin davam etdirilməsi və birgə tədbirlərin görülməsi zərurəti barədə ümumi anlayışımız var”, – Tokayev söyləyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button