Siyasət

“Qarabağda hər an müharibə başlaya bilər”

Qarabağda vəziyyət gərginləşməkdədir. Hazırda burda iki gərginlik nöqtəsi var. Birincisi, yük maşınları 8 gündür ki, Laçın yolu yaxınlığında sərhəddə dayanır, indi onların sayı 21-dir.

Jamaz.info xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

O bildirib ki, İrəvan yük maşınlarını Qarabağa buraxmağı tələb edir.

“Amma Bakı bildirir ki, Laçın yolundan Ermənistan hərbçilərin rotasiyası üçün istifadə edir və bu, Soçi razılaşmalarının kobud şəkildə pozulmasıdır.

Rəsmi Bakı Ağdam vasitəsilə ərzaq tədarükü üçün yol açıb. Amma İrəvan hakimiyyəti həmin yoldan istifadə etmək istəmir, çünki o, Azərbaycanın nəzarəti altında olan ərazilərdən keçir. Ermənistan Ağdamdan keçən yolu beton plitələrlə bağlayıb. Bu məsələ ilə bağlı hər zaman beynəlxalq danışıqlar aparılır. Ermənistan hakimiyyəti ABŞ konqresmenlərindən və digərlərindən dəstək bəyanatları toplayır.

İkincisi, Azərbaycan hakimiyyəti Laçın yolunda Qarabağda yaşayan və Ermənistana gedən şəxsi 30 il əvvəl birinci Qarabağ müharibəsi zamanı hərbi cinayətlərdə şübhəli bilindiyi üçün həbs edib. Və bir çox erməni qorxur ki, onlar da Birinci Qarabağ müharibəsinə görə eyni hərbi cinayətlərdə ittiham oluna bilərlər. Gərginliyin bu yüksəlişi hər an düşmənçiliyə çevrilə bilər. Və üçüncü Qarabağ müharibəsi başlaya bilər”, – Markov qeyd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button