Siyasət

Putin Azərbaycana yeni səfir təyin etdi – Dosye+Foto

Rusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana səfir təyin edib.

Jamaz.info xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Putinin digər qərarı ilə səfir Mixail Boçarnikov vəzifəsindən azad edilib.

Qeyd edək ki, yeni təyinatdan öncə Rusiyanın Azərbaycandakı səfiri vəzifəsində Mixail Boçarnikov çalışıb. Onun diplomatik fəaliyyət müddəti başa çatıb.

Yeni səfirin tərcümeyi-halını təqdim edirik:

1959-cu ildə anadan olan Yevdokimov 1981-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.

Universitet başa çatdıqdan sonra o, əvvəlcə SSRİ, ardınca Rusiya Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Yevdokimov 1996-1997-ci illərdə Nazirliyin İqtisadi Əməkdaşlıq şöbəsinin müdiri, 1997-2001-ci illərdə Rusiyanın Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin baş məsləhətçisi, 2001-2002-ci illərdə XİN-in Avropa Əməkdaşlıq Departamentinin şöbəsinin müdiri, 2002-2011-ci illərdə Avropa Əməkdaşlıq Departamentinin direktor müavini, 2011-ci ilin may-noyabr ayları MDB ölkələri üzrə Birinci Departamentin direktor müavini, 2011-ci ilin noyabr ayından isə MDB ölkələri üzrə Birinci Departamentinin direktoru vəzifəsində işləyib.

2019-cu ilin sentyabr ayından 2-ci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malik olan diplomat ingilis və fransız dillərini bilir.

Ailəlidir, bir oğlu var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button