Siyasət

Putin Azərbaycana təzyiqlərə başlayacaq?

Politoloq Elxan Şahinoğlu son hadisələrə rəyini bildirib.

Jamaz.info Tribunainfo.az-a istinadən yazır ki, analitik Laçına giriş istiqamətində Ermənistanla sərhəd keçid məntəqəsinin yaradılmasını tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra ikinci böyük uğurumuz sayıla bilər.
“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Gorus-Laçın istiqamətində sərhəd-keçid məntəqəsinin yaradılacağını gözləyirdi. Paşinyan Zəngəzur dəhlizinin açılmasını yubatdığına görə biz də Laçın yoluna girişi nəzarətə götürdük. Paşinyan hökumətinin etirazı nəzərə alınmayacaq. Ermənistandakı radikallar və Qarabağ separatçıları Rusiyaya yalvaracaqlar ki, Kreml sərhəd-keçid məntəqəsinin yaradılmasının qarşısını alsın. Ancaq Ukrayna bataqlığı içərisində olan Kremlin erməni separatçılarına görə Azərbaycanla münasibətləri gərginləşdirəcəyini – bütün körpüləri yandıracağını zənn etmirəm. Fransa və ABŞ-ın ermənipərəst dairələri bir az haray-həşir salacaqlar, onların da çığırtısı mənasızdır. Məntiqimiz sadədir: Hər dövlətin sərhədi və sərhəd-keçid məntəqələri olduğu kimi Azərbaycanın da qonşu dövlətlərlə sərhəd-keçid məntəqələri yaratması suveren hüququdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button