Siyasət

Prezidentdən kənd təsərrüfatı naziri təyini – Kimdir?

Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

Jamaz.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, bundan öncə kənd təsərrüfatı naziri İnam Kərimov olub. O, fəaliyyətini Ali Məhkəmənin sədri kimi davam etdirir.

M.Məmmədov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Daha sonra Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsilini davam etdirib.

Bundan öncə “PASHA Holding” MMC-nin Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb.

O, həmçinin “Agro Food Investment” MMC-nin direktoru olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button