Siyasət

Patriarx Kirill: “Siyasi maraqlar Qarabağ münaqişəsinin həllinə mane olur”

Siyasi maraqlar Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə razılığa gəlməyə mane olur, din xadimləri isə danışıq prosesi zamanı Tanrıya etiqada, ümumi mənəvi dəyərlərə və bir-birlərinə etimada əsaslanan üstünlüklərə malikdirlər.

“RİA Novosti” xəbər verir ki, bu sözləri Moskva və bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşündə deyib.

Rusiyanın dini lideri oktyabrın 12-də əvvəlcə ermənilərin katolikosu II Qareginlə, daha sonra isə şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Oktyabrın 13-də isə üçtərəfli görüş baş tutub.

“Hərbi münaqişənin həllindən söz düşəndə siyasi faktor mövcuddur və bu faktor dominantlıq edəndə danışıqlar çətinləşir. Bəzən bizə özümüzün dini nöqteyi-nəzərimizdən insanların dil tapa bilməməsi anlaşılmaz görünür. Onlar siyasi maraqlara görə razılaşa bilmirlər”, – patriarx Kirill söyləyib.

Onun sözlərinə görə, belə problemlərin müzakirəsi zamanı dini liderlər üstünlüyə malikdirlər, çünki “bizim ümumi əsaslarımız var – Tanrıya inam, mənəvi dəyərlər sistemi, bir-birimizə etimad, dürüstlük, bu da əlverişli atmosfer yaradır”.

“Bir-birimizi tanıdığımız bu 30 il ərzində bizi bölən və gərginlik yaradan bircə hal belə olmayıb. Biz həmişə müzakirə etdiyimiz məsələlərin həllini tapmışıq”, – patriarx Kirill şeyxülislam Allahşükür Paşazadəyə söyləyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button