Siyasət

Paşinyan İlham Əliyevin iştirak edəcəyi tədbirə çağırılmadı

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib.

Jamaz.info xəbər verir ki, Konfrans çərçivəsində “Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı panelin keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, həmin paneldə Prezident İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və ATƏT-in Baş katibi Helqa Şmid iştirak edəcək.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Münhenə səfər etsə də, Cənubi Qafqazla bağlı panel iştirakçıları arasında yer almayıb.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button