Siyasət

Paşinyan Azərbaycana qarşı müharibəyə hazırlaşır – İrəvanda üç saatlıq qapalı görüş

Ermənistan hökuməti ölkədə müharibə vəziyyətinə hazırlıq aparır.

Jamaz.info Publika.az-a istinadən xəbər verir ki, təhlükəsizlik şurasının katibi Armen Qriqoryan dünən parlamentdə hakim partiyanın deputatları ilə qapalı görüş keçirib.

“Hraparak” nəşri yazır ki, üç saat davam edən qapalı görüşdə hərbi vəziyyət dövründə məhdudiyyətlərin tətbiq edilməsi müzakirə olunub.

“Hökumət məhdudiyyətlərin sərtləşdirilməsini istəyir. Əldə etdiyimiz məlumata görə, görüşün əsas məqsədi “Hərbi vəziyyət haqqında” qanunun sərtləşdirilməsinə hesablanmış təkliflərin müzakirəsi və razılaşdırılmasıdır. Yeni təkliflərə görə, hərbi vəziyyətdə internetə, elektron mediaya, sosial şəbəkələrə qismən və ya tam məhdudiyyətin qoyulması daxildir. Qanun qəbul olunarsa, hökumət sosial şəbəkələri, elektron medianı, bir sözlə internetə qoşulan hər şeyi bloklaaya biləcək”- nəşr yazır.

Məlumata görə, Ermənistanın baş nazirinin yanında hərbi vəziyyətin idarəolunmazı şurası da yaradıla bilər: “Şuraya baş nazir rəhbərlik edəcək. Bununla bağlı qanunun qəbul edilməsinə hazırlıq gedir. Artıq ictimai müzakirə başa çatıb, Milli Məclisə təqdim edilməsi qalıb. Qriqoryanın parlamentdə keçirdiyi görüş də hərbi vəziyyətlə bağlı qanunların təqdim edilməsindən öncə deputatların inandırılması məqsədi daşıyır. Lakin hakim partiyanın bütün üzvləri bu təkliflərin tərəfdarı deyil”.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribatlara əl atacağına dair informasiyalar yayılıb. Avropa İttifaqı missiyasını bölgəyə gətirən İrəvan, bu addımını legitimləşdirmək üçün yeni eskalasiyada maraqlı tərəfdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button