Siyasət

Partiyalar haqqında yeni qanun

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Jamaz.info xəbər verir ki, layihəni Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli təqdim edib.

Qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir.

Bugünkü iclasda deputatlar yeni qanun layihəsi ilə bağlı təklif və fikirlərini səsləndiriblər. Müzakirələrdən sonra yeni qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci ildə qəbul edilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button