Siyasət

Mirzoyan portuqaliyalı həmkarı ilə Azərbaycandan danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Portuqaliyanın XİN başçısı Joao Qomeş Kravinyo arasında telefon danışığı olub.

Jamaz.info “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

“Həmsöhbətlər Ermənistan-Portuqaliya ikitərəfli gündəliyinin məsələlərini müzakirə edərək, siyasi dialoqun dinamikasının qorunub saxlanmasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə, eləcə də iki ölkə arasında ticarət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə toxunublar”, – deyə qeyd olunub.

Bildirilib ki, regional təhlükəsizlik və sabitlik məsələləri müzakirə edilib. Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı son hadisələri thəmkarının diqqətinə çatdırıb.

Tərəflər, həmçinin Laçın dəhlizi ətrafındakı vəziyyəti müzakirə ediblər.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button