Siyasət

Kəlbəcərdən İran sərhəddinə qədər rus hərbçilər yerləşdirilir: İrəvanla Moskva razılaşdı

Azərbaycan və Ermənistan sərhəddinə rus sərhədçilərinin yerləşdirilməsinə hazırlıq gedir. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni saytları məlumat yayıb.

Həmin məlumatda deyilir ki, rus sərhəddçiləri Geqarkun rayonundan başlamış İran sərhəddinə qədər bütün ərazini qoruyacaqlar. Erməni mətbuatına məlumat verən mənbə deyib ki, sərhəddə yerləşdiriləcək hərbçilər Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının əsgərləridir. “Onlar bundan sonra rus sərhədçilərlə birlikdə sərhədləri qorumaqla məşğul olacaqlar”.

Qeyd edək ki, rus hərbçilərinin Azərbaycanla sərhəddə yerləşdiriləcəyi ilə bağlı məlumat əvvəldən var idi. Hələ bir xeyli əvvəl Geqarkun rayonunun qubernatoru Qnel Sanosyan bildirmişdi ki, Ermənistanla Rusiya arasında sərhədlərin qorunmasına dair danışıqlar gedir. Onun sözlərinə görə, razılaşma əldə olunarsa, ruslar Geqarkundan Sünikə qədər, həmçinin Gorusun şimalını və Xoznavarı da qoruyacaqlar. Qubernatorun açıqlamasını sonra Ermənistanın baş qərargah rəisi Artak Davtyan da təsdiqləmişdi.

Görünən odur ki, Ermənistan və Rusiya arasında gedən danışıqlar başa çatıb və tərəflər razılaşıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button