Siyasət

İranlı general Xudafərin bölgəsinə səfər edib

İranın Sərhəd Qoşunlarının komandanı, general Əhməd Əli Qudərzi Azərbaycanla həmsərhəd Xudafərin bölgəsinə səfər edib.
Jamaz.info İran mediasına istinadən xəbər verir ki, Xudafərin yaxınlığında müsahibə verən iranlı general ğlkəsinin qonşularına qarşılıqlı hörmətlə yanaşdığını bildirib:
“Ermənistan və Azərbaycan arasında olan hazırki problemin diplomatik yolla həllinə ümidvarıq. Dünyada sərhədlərdə baş verən müharibələr və qan tökülmələri heç bir fayda verməyib. Biz regionda təhlükəsizliyin yaranmasını istəyir və tövsiyə edirik ki, bəzi qonşularımızda yaranmış problemi diplomatik yolla həll etsinlər. Biz də sülhün yaranması və sərhədlərin təhlükəsizliyinin qorunması üçün bu yolda əlimizdən gələni əsirgəməyəcəyik”.
General bildirib ki, İran sərhədlərində tam təhlükəsizlik hökm sürür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button