Siyasət

İranın agentura şəbəkəsinin Bakı planı.. – Qarşısı necə alındı? – Açıqlama

“İran təyyarəsinin sərhəd boyu uçuş etməsi, vizual kəşfiyyat aparması ona göstərir ki, cənub qonşumuz öz əməllərindən əl çəkmir”.

Jamaz.info xəbər verir ki, bunu Bakupost.az -a millət vəkili Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, son olanlar Azərbaycana qarşı təxribatçı fəaliyyətin nəticəsidir:
“İran 90-cı illərin əvvəlində də belə addımlar atmışdı. İndiki kimi o vaxt da İranın agentura şəbəkəsi Azərbaycanda İslam dövləti yaratmağa çalışırdı. Ancaq həmin dövrdə onların bu istiqamətdə fəaliyyətinin qarşısı qətiyyətlə alındı. Azərbaycan bu günə qədər olduğu kimi, bundan sonra da dövlətçiliyimizə qarşı atılan bütün addımlarla bağlı adekvat tədbirlər görəcək. İran və digər ölkələr bilməlidir ki, göstərdikləri fəaliyyətlə heç nəyə nail ola bilməyəcəklər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button