Siyasət

İran Fransa jandarmalarının Zəngəzura gəlişini dəstəklədi – Səfirdən açıqlama

İran Avropa İttıfaqının müşahidə missiyası və Fransa jandarmlarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin əleyhinə deyil.
Jamaz.info erməni KİV-ə istinadla xəbər verir ki, bunu jurnalistlərə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri bildirib.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel missiyaya yüzədək müşahidəçi və Fransa jandarmlarının daxil olduğunu bildirib. Fransada jandarm ölkənin silahlı qüvvələrinin bir hissəsidir və Müdafiə Nazirliyinə tabedir.
“Le Figaro” qəzetinin baş redaktorunun müavini Jan Kristof Buisson isə Fransa hərbi missiyasının Ermənistana göndərilməsinin mümkün olduğu barədə məlumat paylaşıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button