Siyasət

İran Azərbaycandakı səfirini niyə dəyişir

İran Azərbaycandakı səfirini dəyişmək qərarına gəlib. Qonşu ölkənin rəsmi mətbu orqanlarının yaydığı məlumata görə, Abbas Musəvi gözlənilmədən vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə Müctəba Dəmirçili təyinat alıb.

Jamaz.info-nun məlumatına görə, yeni təyinat barədə rəsmi qərar elan olunmasa da, KİV-lər iddia edir ki, Tehran Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin fəaliyyətindən narazı olub. Bu səbəbdən onun geri çağırılması, yerinə Müctəba Dəmirçilinin göndərilməsi gündəmə gətirilib.

Xatırladaq ki, Abbas Musəvi 2020-ci ildən İranın Bakıdakı diplomatik korpusuna rəhbərlik edir. O, səfir vəzifəsindən əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü olub. Abbas Musəvinin Bakıya gəlişindən sonra İran və Azərbaycan arasında münasibətlərdə irəliləyiş nəzərə çarpmayıb, əksinə təmaslar daha da gərginləşib. Bu mənada yeni səfirin İran-Azərbaycan münasibətlərində fərqli kurs tutacağı ehtimal olunur.

Fotoda: Seyid Abbas Musəvi

 

Bəs yeni səfir haqqında nələri bilirik? 

 

Jamaz.info bildirir ki, Müctəba Dəmirçili 1966-cı ildə Təbrizdə anadan olub. O, beynəlxalq münasibətlər və hüquq üzrə bakalavr, Siyasi elm üzrə magistr təhsili alıb. Dəmirçil geosiyasət üzrə fəlsəfə doktorudur.

Təcrübəli diplomat indiyədək bir çox vəzifələrdə çalışıb.

Dəmirçilinin tutduğu vəzifələrin siyahısı aşağıdakı kimidir: 

– İranın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri (2006-2010-cu illərdə)

– İran Xarici İşlər Nazirliyinin Xəzər dənizi üzrə Katibliyinin rəisi;

– İran Xarici İşlər Nazirliyinin Şərqi Asiya və Okeaniya Departamentinin direktor müavini;

– İran Xarici İşlər Nazirliyinin Qərbi Asiya ölkələri departamentinin direktor müavini;

– İranın Ukraynadakı səfirinin müavini;

– İran Xarici İşlər Nazirliyinin KİV-lə əlaqələr departamentinin direktor müavini;

– İran Xarici İşlər Nazirliyinin MDB və Qafqaz ölkələri üzrə ikinci departamentinin direktor müavini;

– İranın Azərbaycan Respublikasındakı səfirliyinin ikinci katibi;

– İranın Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2014-2018)

Fotoda: Müctəba Dəmirçili

Azərbaycan səfir göndəriləcəyi deyilən Müctəba Dəmirçili hazırda İran XİN-də İdarə rəisi postunu tutur.

Tərcümeyi-halından göründüyü kimi, onun elmi təcrübələri də genişdir. Belə ki, diplomatın beynəlxalq hüquq, Xəzər dənizi, keçmiş SSRİ respublikaları və idarəetmə mövzularında elmi araşdırmaları, “Xəzər dənizində neft yataqlarının qanuni işlənməsi” adlı kitabı mövcuddur.

Diplomatın şəxsi həyatına gəlincə, o, evlidir və iki övladı var. İngilis və türk dilini bilir. (modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button