Siyasət

İlyas İsmayılovun partiyası da reysterdən keçmədi

Ədliyyə Nazirliyi Ədalət Partiyasının yenidən qeydiyyatla bağlı müraciətini geri qaytarıb.
Jamaz.info xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında partiya sədrinin təşkilat məsələləri üzrə müavini Mütəllim Rəhimov məlumat verib.
O bildirib ki, reystrdən keçmək üçün nazirliyə 6251 nəfər üzv siyahısı təqdim olunub:
“Siyahıda bəzi texniki problemlər var, 800 üzvün telefon nömrəsi yoxdur, bəzilərinin də adı təkrarlanıb. Bu məsələləri aradan qaldırmalıyıq. İlyas müəllim müvafiq strukturlara göstəriş verib. Yenidən siyahıların üzərində işləyib nazirliyə təkrar göndərəcəyik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button