Siyasət

İlham Əliyev: “30 ilə yaxın ermənilər şəhər və kəndlərimizi viran qoyub”

“Bu cür ənənəvi görüşlər bizim planlarımızı və məqsədlərimizi, görülən işləri beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından çox əhəmiyyətlidir”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısı deyib ki, ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktlarını həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. “Şuşa, Zəngilan və digər rayonların ərazilərinə ermənilərin köçürülməsi halları da olub ki, bütün bunlar qeyri–qanunidir”.

Prezident qeyd edib ki, hazırda Azərbaycan öz maliyyəsi hesabına, həmçinin digər aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə genişmiqyaslı infrastruktur layihələri icra edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button