Ölkə içi

Hər cür təhdidlərə qarşı birlikdəyik – Akar Bakıdan mesajlar verdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla birgə hərbi təlimləri izlədikdən sonra vacib açıqlamalar verib.

Jamaz.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazir çıxışında Türkiyə-Azərbaycan qardaşlığının önəmini vurğulayıb.

“Türkiyə və Azərbaycan iki qardaş ölkədir. Hər cür təhdid və təhlükəyə qarşı kədərdə də, sevincdə də birlikdəyik. 30 ildir Ermənistan işğalı altında olan torpaqlarınızı işğaldan azad etdiyiniz vaxt bütün dünya bir daha bizim aramızdakı qardaşlığın ən gözəl nümunəsini gördü və dərk etdi”, – nazir deyib.

“44 günlük şərəfli mübarizənin nəticəsi olaraq təkcə Ermənistana qarşı deyil, bu torpaqda ədalətsizliyə, qanunsuzluğa, çarəsizliyə göz yumanlara qarşı da böyük qələbə qazandınız, türkün gücünü göstərdiniz”, – deyə Akar sözlərinə əlavə edib.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button