Siyasət

Fransalı nazir və Mirzoyan Bakıya hansı mesajı verdilər

Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvanda ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə bəyan edib ki, gələcək görüşlərdə (söhbət Bakı və İrəvan arasında gözlənilən danışıqlardan gedir-red) ümumi əsaslar axtarmaq üçün danışıqlar prosesini genişləndirmək və zənginləşdirmək lazımdır.

Jamaz.info-nun “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ketrin Kolonna bildirib ki, Praqa görüşündə Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin üzərinə götürdüyü öhdəliklər çərçivəsində əldə olunmuş razılaşmalar inkişaf etdirilməli və delimitasiya işini də özündə ehtiva etməlidir.

“Paris Avropa Siyasi Birliyinin iyunun 1-də Kişinyovda keçiriləcək görüşündə Ermənistan və Azərbaycan liderləri arasında danışıqlara ümid edir”, – nazir əlavə edib.

Ermənistan XİN başçısı Ararat Mirzoyan isə fransalı həmkarı Ketrin Kolonna ilə birgə brifinqdə bunları bildirib:

“Bütün danışıqlar artıq başa çatıb, razılaşmalar əldə edilib və 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda təsbit edilib. Ermənistan bəzi yeni qaydalarla bağlı müzakirələrdə iştirak etmək niyyətində deyil. Bütün razılaşmalar yerinə yetirilməlidir. Bu, Ermənistan-Azərbaycan nizamlanmasında irəliləyişə nail olmağın yeganə yoludur. İrəvan dialoq üçün platforma təmin edən və bu prosesdə körpü olmağa çalışan bütün ölkələrə minnətdardır. Ermənistan tərəfi üçün danışıqların Moskvada, Vaşinqtonda və ya Brüsseldə aparılması sualı yoxdur. Yalnız bir sülh prosesi var və danışıqlar eyni sülh müqaviləsi layihəsi ətrafında gedir”.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button