Siyasət

“Fazil Mustafaya təhdid mesajları və zənglər gəlirdi”

“Hesab edirəm ki, həmkarım Fazil Mustafaya atılan güllə hər birimizə atılan güllədir. O, daim çəkinmədən Azərbaycan xalqı və dövlətinə qarşı yönələn zərərli fikirlərin əleyhinə çıxır. Ölkəyə qarşı təhdidlərə, xüsusən də İran tərəfindən edilən təhdidlərə qarşı sərt çıxışlar edir. Fazil Mustafa Milli Məclisdə etdiyi çıxışlarında və yazdığı statuslarda cəhalətə qarşı çıxır, Azərbaycanda cəhaləti təbliğ edənlərə qarşı mübarizə aparırdı. Onun son dönəmlər sözügedən mövzularla bağlı sərt çıxışları çox olub. Fazil Mustafanı səsləndirdiyi fikirlərə, dediyi sözlərə görə təhqir edir, hətta ölümlə hədələyirdilər”.
Jamaz.info xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında millət vəkili Etibar Əliyev deyib.
 
O bildirib ki, Fazil Mustafaya təhdid mesajları və zəngləri gəlirdi:
“Ola bilər ki, Fazil Mustafaya qarşı terror aktının arxasında İran olsun. Çünki onu təhdid edənlər İranla birbaşa əlaqədə olan şəxslər idi. Görünür, onun cəhalətə qarşı çıxışları həmin şəbəkəyə qulluq edən insanları qıcıqlandırıb. Deputata qarşı sui-qəsd cəhdi terror aktıdır və hansısa xarici qüvvələrin sifarişidir. Bu məsələ hüquq-mühafizə orqanları tərəfindən dərindən araşdırılacaq. Fazil bəyə qarşı törədilən bu terrorun arxasında dayananlar cəzalandırılacaqlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button