Siyasət

“Erməni xalqı sülhə hazır deyil” – Ceyhun Məmmədov

“Azərbaycan əsgərinin vəhşicəsinə döyülməsi, qətldə günahlandırılması erməni xalqının əsl mahiyyətini əks etdirir. İllər keçsə də, bu xalqın xisləti, xəstə təxəyyülü dəyişməyib və görünən odur ki, heç zaman dəyişməyəcək. Ona görə tariximizi yaxşı öyrənib, ciddi nəticələr çıxarmalıyıq”.
Bunu Bakupost.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
O bildirib ki, tarix xalqlar başlarına gələn faciələri unutmayanda təkrarlanmır:
“Azərbaycanlılar heç vaxt ermənilərlə belə vəhşi davranmayıblar. Əksinə yaralı erməni əsgərə ilkin tibbi yardım göstəriblər. Çünki bizim dinimiz, mədəniyyətimiz bizə digər xalqlara qarşı vəhşiliyi təbliğ etmir. Bu həm də onu göstərir ki, Ermənistan, erməni xalqı sülhə hazır deyil. Tarixin bütün dövrlərində olduğu kimi, bu gün də erməni xalqı qisas və düşmənçilik hissi ilə yaşayır. Avropa Parlamenti, Fransa və Ermənistanın digər havadarları bu vəhşiliyə münasibət bildirməli, bu barbarlığı pisləməlidir. Əsl vəhşilik və barbarlıq budur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button