Siyasət

Erməni təxribatları artır: Azərbaycan Monitorinq Mərkəzini Laçına köçürə bilərmi?

Artıq iki ilə yaxındır ki, Ağdam şəhərində Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Son zamanlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni silahlı tör-tüküntülərinin yenidən aktivləşdiyi hiss olunur. Onlar tərəfindən törədilən təxribatlar da artıb.
Düşmən tərəf Laçın istiqamətində yaradılan dəhlizdən sui-istifadə etməklə yenə də Qarabağın ermənilər yaşayan hissəsinə qanunsuz olaraq silahlar və silahlı dəstələr gətirilməkdə davam edir. Görünən odur ki, Rusiya sülhmıramlıları prosesə göz yumurlar. Yaranmış bu vəziyyətin qarşısı alınmazsa, ərazidə növbəti toqquşmaların olması ehtimalı qaçılmazdır.
Ermənilərin bu özbaşınalığının qarşısını almaq üçün Azərbaycan tərəfi təxirəsalınmaz addımlar atmalıdır. Bəzi ekspertlər düşünür ki, həmin addımlardan biri də Ağdamda yerləşən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin Laçın ərazisinə və alternativ yola köçürülməsi ola bilər. Onların fikrincə, bu, Laçın dəhlizində cərəyan edən prosesləri daha effektiv idarə etməyə imkan verə bilər.
Azərbaycan Monitoriq Mərkəzinimn dislokasiya yerinin Ağdamdan Laçına keçirilməsi iddiası ilə çıxış edə bilərmi?
Jamaz.info  xəbər verir ki, politoloq Əlimusa İbrahimov qayraninfo-ya açıqlamasında belə bir ideyanın gerçəkləşməsini mümkün hesab edir:
“Ermənilərin hərəkətinə daha ciddi şəkildə nəzarət etmək məqsədilə hazırda bu məsələ müzakirə olunur. Söhbət Laçının Azərbaycanın nəzarətində olan ərazisindən gedirsə, Monitorinq Mərkəzinin həmin əraziyə dislokasiya edilməsi Bakının öz ixtiyarındadır. Bakı mərkəzin dislokasiya yerini hara istəsə, köçürə bilər. Bu zaman kənar heç bir qüvvə prosesə müdaxilə edə bilməz.
Amma Monitorinq Mərkəzi sülhməramlıların Laçında yerləşən ərazisinə köçürülərsə, təbii ki, danışıqlar aparılmalıdır. Bu ideya Fransanın humanitar missiya göndərməklə bağlı qərarından sonra meydana gəlib. Monitorinq Mərkəzinin Laçına köçürülməsi istər-istəməz ermənilərin dəhlizdən su-istifadə etmələrinin qarşısını almaqda mühüm rol oynaya bilər. Bu həm də ölkəmizə qarşı irəli sürülən yersiz iddiaların qarşısını da alacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button