Siyasət

Erməni QHT-ləri Qarabağla bağlı BMT-yə məktub göndərib: “Qarabağa missiya yollayın”  

Ermənistanda fəaliyyət göstərən QHT-lər bir araya gələrək, BMT-yə Qarabağla bağlı məktub göndəriblər. JAMAZ.İNFO xəbər verir ki, bu işin təşəbbüskarı Demokratiyanın İnkişafı Fondudur. Məktub göndərən QHT-lərin sayı isə 20-yə yaxındır.

Məlumatda deyilir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Volker Türkə göndərilən məktubda Qarabağda insan haqlarının vəziyyəti və bu problemi aradan qaldırmaq üçün təcili tədbirlərin görülməsindən bəhs olunub.

Bundan başqa, erməni təşkilatları bəzi təkliflərlə də çıxış ediblər. Məsələn, onlar İnsan Hüquqları Şurasının iclaslarında Laçın dəhlizinin bağlanmasının pislənməsini istəyiblər. Həmçinin Qarabağa və Laçın dəhlizinə fövqəladə müşahidə missiyasının göndərilməsi və vəziyyətin monitorinqi ilə bağlı da tövsiyələr veriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button