Siyasət

Erməni deputatdan etiraz: “Azərbaycan sərhəddə böyük üstünlük qazanıb”

Azərbaycan xüsusilə mürəkkəb infrastruktura malik olan sərazilərdə böyük irəliləyişlər əldə edib.

Jamaz.info xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Facebook-da bildirib.

Abramyanın sözlərinə görə, 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycan Qarabağ separatçıları və Ermənistana yönəlik 5 dəfə hərbi əməliyyat keçirib.

“Təhlillər göstərir ki, Azərbaycan xüsusilə mürəkkəb infrastruktura malik olan ərazilərdə böyük uğurlar əldə edib”, – erməni deputat qeyd edib.

Abramyan bildirib ki, Azərbaycanın Ermənistanla sərhəddəki Göyçə-Zəngəzur cəbhəsilə (Qaragöl, Qızılcıq, Cermuk) müqayisədə Qarabağın Fərrux dağı istiqamətində daha çox irəliləmək imkanları var idi.
“Lakin Azərbaycan kəskin hava şəraitinə baxmayaraq Ermənistanla sərhəddəki çətin dağlıq ərazilərdə hücum həyata keçirdi və üstünlük qazandı. Üstəlik, qeyd olunan ərazilərdə Ermənistanın güclənmək, müdafiə sistemi yaratmaq və ən əsası təchizat imkanları Azərbaycandan dəfələrlə çox idi.

Burada böyük ölçüdə problem təkcə Azərbaycan PUA-larının bu qədər danışılan üstünlüyündə deyil, hətta Azərbaycan bölmələrinin dağlıq şəraitdə fəaliyyət göstərə bilməsində deyil, problem erməni silahlı qüvvələrinin mütəşəkkil şəkildə nizamsız olmasındadır”, – deyən deputat Ermənistan ordusunun zəif olduğunu etiraf edib.

Tiqran Abramyan bildirib ki, Azərbaycan 2 il ərzində Laçın-Kəlbəcər istiqamətindəki əsas, qəzalı yolların tikintisinə, yenidən qurulmasına, hərbi hissələrin, hərbi infrastrukturun yaradılmasına ciddi vəsaitlər yatırıb.

“Bu, onların uğurlarına nə qədər töhfə versə də, hər halda, həmin ərazilərdə, onları kiçik qüvvələrlə məğlub etmək və irəliləməyə imkan verməmək mümkün idi”, – deyə o, revanşist arzularını dilə gətirib.

Müxalifəti təmsil edən deputat Ermənistan hökumətinin ordu quruculuğundakı işini tənqid edib. Onun fikrincə, işləmək, ordunu  gücləndirmək və uğurla müdafiə olunmaq mümkündür.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button