Siyasət

Erməni deputat əsirlərin Bakıya qaytarılmasından danışdı

Ermənistan parlamentinin hakim partiyanı təmsil edən deputatı Armen Xaçatryan azərbaycanlı əsirlər – Aqşin Bəbirov və Hüseyn Axundovun qaytarılmasından danışıb.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, Azərbaycan hərbçilərinin istintaq bitməmiş Bakıya qaytarılmasının istisna olduğunu iddia edib.

Xaçatryan parlamentdə çıxışı zamanı bildirib: “Hətta bu əsirlərin erməni hərbçiləri ilə mümkün mübadiləsi nəzərdən keçirilsə də, əvvəlcə bütün halları araşdırmaq və yalnız bundan sonra belə razılaşmaları müzakirə etmək lazımdır”.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki hərbçi Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə Hüseynin işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button