Siyasət

Ceyhun Bayramov: “Heç bir humanitar problem yoxdur, qazı da biz kəsməmişik”

“Azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolundakı nümayişlərdəki tələbləri hələ də cavablandırılmayıb”. JAMAZ.İNFO xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelərlə keçirdiyi görüşdə bildirib.
Onun sözlərinə görə, iki gün öncə keçirilən brifinqdə etiraz nümayişinin başlanmasına səbəb olan səbəblər açıqlanıb: “Eyni zamanda, ötən iki gün ərzində biz manipulasiyalar üçün ortaya atılan yalanların şahidi olduq”.
Nazir qeyd edib ki, Laçın yolundakı pozuntular üçtərəfli bəyanatın müddəalarına zidd olaraq baş verir. “Diplomatlarla Laçın yolundan çoxsaylı sui-istifadə hallarından, qanun pozuntuları hallarından bəhs etmək istəyirik. Sui-istifadə halları, qanun pozuntuları üçtərəfli bəyanatın müddəalarının əksinə olaraq baş verir. Bu hadisədən ümumi anlayışımızın olmağı üçün önəmlidir”.
Bayramov bildirib ki, Şuşa-Xankəndi yolunun bağlanmasının humanitar böhrana səbəb olması ilə bağlı iddialar həqiqətə uyğun deyil. Onun sözlərinə görə, məqsəd qeyri-qanuni işlərin qarşının alınmasıdır: “Bu iddialar həqiqətə uyğun deyil”.
Ceyhun Bayramov qeyd edib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə təbii qazın Azərbaycan tərəfindən kəsilməsi ilə bağlı açıqlamalar feykdir. O, “Azəriqaz”ın bununla bağlı açıqlama yaydığını xatırladıb: “Problem varsa, araşdırılmalı və qarşısı alınmalıdır. Azərbaycan tərəfi problem yaratmayıb. Hava şəraiti sərt keçən digər ərazilərimizdə də qaz təchizatı ilə bağlı problem yaşanıb. Bu, yeni hal deyil. Əgər yerli əhali ilə dövlət qurumları arasında əlaqə olsa idi, məsələ vaxtında həll olunardı. İndi onlar dramatizmi artırmaq üçün Azərbaycan tərəfi ilə ünsiyyətdən yayınırlar”.

XİN başçısı deyib ki, Qarabağda erməni əhalinin nə qida, nə tibbi ləvazimatlarla bağlı heç bir problem yoxdur. “Azərbaycan tərəfi humanitar istiqamətlərlə bağlı nə yardıma ehtiyac varsa qarşılamağa hazırdır”.

Ceyhun Bayramov bildirib ki, dekabr ayı ərzində Ermənistan XİN rəhbəri ilə görüşün keçirilməsi barədə plan var. Nazir qeyd edib ki, XİN rəhbərlərinin görüşünə dair əvvəlcədən razılaşma əldə olunub. “Sülh sazişinin təşəbbüskarı ilk gündən Azərbaycan tərəfi olub. Bütün təşəbbüslər Azərbaycan tərəfindən həyata keçirilib. Bu ayın sonunadək növbəti raund danışıqlar aparılacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button