Siyasət

Çavuşoğludan İrana mesaj: “Bu, həm də Türkiyəyə hücumdur”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı açıqlama verib.

Jamaz.info Teleqraf.com-a istinadla xəbər verir ki, o, bu barədə “A Haber”ə danışıb.

Nazirin olayla bağlı qeyd edib:

“Səhər məlumat alan kimi dərhal Azərbaycan xarici işlər nazirinə zəng etdim və ilk növbədə orada bir mühafizəçinin ölümü ilə bağlı başsağlığı verdim. Biz də Türkiyə olaraq edə biləcəyimiz bir şeyin olub-olmadığını soruşduq. O bildirdi ki, hücum edən şəxslə bağlı müxtəlif məlumatlar gəlir, amma hələlik daha dəqiq məlumatımız yoxdur.

Son zamanlar Azərbaycan nümayəndəliklərinə hücumlar artmağa başlayıb. Son 2 ildə 5 hücum olub. Radikal ermənilər Parisdə Azərbaycan nümayəndəliklərinə iki dəfə hücum ediblər. Londonda ekstremist qrup Azərbaycanın Londondakı səfirliyinə də hücum edib. Livanda bəzi ermənilərin Beyrutdakı səfirliyə hücumu olub.

İranı tez bir zamanda bu təcavüzkarı tutmağa və həqiqəti ortaya qoymağa çağırırıq. Həmişə olduğu kimi, Azərbaycanın yanındayıq, onlara hücum bizə hücumdur.

Türkiyənin mövqeyi bəllidir. Türkiyə hər şeydən əvvəl Cənubi Qafqazda sabitlik və sülh istəyir. Azərbaycanın qələbəsindən sonra Azərbaycanın sülh təklifləri, Türkiyənin xoş niyyəti göz qabağındadır.

Azərbaycanın haqlı qələbəsi heç kəsi narahat etməməlidir. Qısqanc olmayın. Nə Türkiyənin, nə də Can Azərbaycanın başqasının torpaqlarında gözü var. Öz sərhədlərimizin bütövlüyünü qoruyarkən, hər kəsin ərazi bütövlüyünə və sərhəd bütövlüyünə hörmət edirik. Azərbaycanın qələbəsi heç kəsi narahat etməməlidir. Diplomatik nümayəndəliklərin mühafizəsi ev sahibi ölkələrin məsuliyyətidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button