Siyasət

“Bu, Azərbaycan üçün vacibdir” – TÜRKPA-nın baş katibi

“TÜRKPA-nın əsas şüarı dildə, işdə, fikirdə birlikdir. Bizim əsas fəaliyyət istiqamətimiz parlament və diplomatiya ilə əlaqələrimizin daha da gücləndirilməsidir”.

Jamaz.info xəbər verir ki, bnuModern.az-a açıqlamasında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er bildirib.

“Biz dörd fərqli başlıq altında fəaliyyət göstəririk. Bunlardan biri də Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasıdır. Bununla bağlı Bakıda çox mühüm iclasımız oldu. Bundan əvvəl iclasımız Qırğızıstanda keçirilmişdi. Orada Türk dünyasında biomüxtəlifliyin qorunması ilə bağlı razılıq əldə olunub. Bu mövzu əslində Azərbaycan üçün də çox vacibdir. Can Azərbaycan 30 il davam edən işğalı sadəcə 44 gün ərzində bitirdi. Bunu da böyük lider və qəhraman ordusu ilə həyata keçirib. Amma işğaldan azad olunan ərazilərdə hələ də separatçı qüvvələr var. Onlar qeyri-insani, qeyri-mədəni addımlar atırlar. Bu da artıq ekoloji terror hesab olunur. İndi bizim etmək istədiyimiz insan sağlamlığı və təbiətin qorunmasına dair fikirlərin cəmiyyətə çatdırılmasıdır”,- deyə baş katib vurğulayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button