Siyasət

BMT TŞ-də Bakıya qarşı qətnamənin qəbuluna hansı ölkə mane olub?

Fransa BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı aksiyaya görə Azərbayana qarşı qətnamənin qəbul edilməsinə hansı ölkənin mane olduğunu açıqlamaq istəmir.

Jamaz.info xəbər verir ki, bu barədə Ermənistanda səfərdə olan Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet deyib.

O, bununla bağlı suala cavab verə bilməcəyini açıqlayıb. Lakin ermənilərə vəd edib ki, Laçın yolundakı aksiyanın dayandırılması üçün hər şeyi edəcəklər.

Qeyd edək ki, Fransa və Ermənistan BMT TŞ-də Laçın yolunda keçirilən aksiyaya görə Azərbaycana qarşı qətnamə qəbul edilməsinə cəhd edib. İlk müzakirələrdə rəsmi Bakıya çağırışların edilməsinə nail olublar, lakin bu çağırışların qətnaməyə çevrilməsi planları baş tutmayıb. Rəsmi Bakının diplomatik manevrləri nəticəsində qəbul edilməsi planlaşdırılan sənədin mətni Azərbaycanın xeyrinə dəyişdirilib, bunu görən Fransa da ümumiyyətlə, sənəddən imtina edib. Ermənistan qətnamənin qəbuluna Rusiyanın mane olduğunu haqda fikirlər səsləndirsə də, Moskva buna görə Fransanı ittiham edib. Fransa isə ümumiyyətlə, heç bir ölkənin adını açıqlamaq istəmir.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button